İstanbulda terror törədənlərdən biri məhv edildi - VİDEO

İstanbulun İstiqlal küçəsində törədilən terror aktının təşkilatçılarından biri - PKK/YPG terrorçusu Xəlil Menci Suriyanın şimal-şərqində məhv edilib.
Bakupost.az xəbər verir ki, terrorçu Türkiyəyə məxsus pilotsuz təyyarənin endirdiyi zərbə nəticəsində öldürülüb.
Qeyd edək ki, ötən il noyabrın 13-də İstanbulun İstiqlal küçəsində törədilən terror aktı nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.