İtaliyanın Baş naziri ölkəsinin təbii qazla təchizatında Azərbaycanın əhəmiyyətini vurğulayıb
Yusif Nəzərli
18:30 24.08.2022
Gündəm
533
İtaliyanın Baş naziri Mario Draqi ölkəsinin təbii qazla təchizatında Azərbaycanın əhəmiyyətini vurğulayıb.
Bu barədə “Report” İtaliya mətbuatına istinadən xəbər verir.
"Əlcəzairdən Azərbaycana qədər tədarükün artırılması üçün yeni müqavilələr bağladıq. Keçən il təbii qaz idxalımızın 40 faizi Rusiyadan gəldi. Bu il Rusiyadan təbii qaz orta hesabla yarıya qədər azaldı”, - Mario Draqi deyib.
“Bərpa olunan enerji mənbələrinin inkişafını sürətləndirdik. 2022-ci ilin 8 ayında bərpa olunan enerjiyə tələbat 2020 və 2021-ci illərin cəmindən təxminən 4 dəfə çoxdur”, - Baş nazir əlavə edib.
Draqi İtaliyanın təbii qaz ehtiyatının hazırda yüzdə 80 faiz olduğunu və oktyabrda bunu yüzdə 90-a çatdırmağı hədəflədiklərini, bununla belə, qaz tədarükü həcmlərinin saxlanmasının dayanıqsız səviyyələrə çatan xərclərin artmasının qarşısını ala bilməyəcəyini ifadə edib.
Draqi bir tərəfdən Avropanın suverenlik hüquqlarından bəhs edərkən, digər tərəfdən təbii qaz ehtiyacının az qala yarısının Rusiyadan qarşılanmasının bir-biri ilə uyğun olmadığını vurğulayıb. O, qeyd edib ki, bu səhv heç vaxt təkrarlanmamalıdır.
Baş nazir 2024-cü ilin payızına qədər İtaliyanın Rusiya təbii qazından asılılıqdan tamamilə xilas olacağını vəd edib. İtaliyanın yeni təbii qaz tədarükü layihələrinin nəzərdə tutulan müddətdə tamamlanacağını, 2024-cü ilin payızına qədər Rusiya qazından asılılıqdan tamamilə azad olacağını qeyd edən Draqi deyib: "Bu, milli təhlükəsizlik üçün əsas hədəfdir. Çünki Rusiya istifadə etməkdən çəkinmir. Təbii qaz Ukrayna və onun Avropalı müttəfiqlərinə qarşı geosiyasi silahdır”.
Oxşar xəbərlər
Azərbaycanın rolu artıq yalnız Cənubi Qafqazla məhdudlaşmır - Mehmet Gökhan Özçubukcu
20:53 16.09.2026
Paşinyan cəmiyyətini sülhdən başqa yolun olmadığına inandırmağa çalışır - Politoloq
19:43 16.09.2026
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə