Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin legitimliklə bağlı problemi mövcuddur və o, ölkədə seçki keçirmək, eləcə də konstitusiyaya əməl etmək istəmir.
Sherg.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında deyib:
“Doğrudan da Zelenskinin legitimliklə bağlı problemi var. Bu, onun seçkiləri keçirmək istəməməsi və faktiki olaraq konstitusiyaya riayət etməməsi ilə əlaqədardır.”