ABŞ liderinin kürəkəni Cared Kuşner Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsində vasitəçi kimi rolundan danışıb.
Sherg.az xəbər verir ki, Kuşner ABŞ-ın əsas məqsədi Moskva və Kiyevin maraqlarına zidd olmayan, hər iki tərəfi qane edəcək yaradıcı həll yolu tapmağa kömək etmək olduğunu bildirib.
Kuşner qeyd edib ki, Rusiya və Ukraynanın mövqeləri arasında hələ də ciddi fikir ayrılıqları qalır. Onun sözlərinə görə, Vaşinqton tərəflərə nizamlanma prosesində yardım göstərməyə davam etməyə hazırdır.