London Vaşinqtonu yenə üstələdi - AÇIQLAMA
11:49 03.01.2024
Gündəm
457
"Strateji müttəfiqlər olan Amerika Birləşmiş Ştatlarının və Böyük Britaniyanın Azərbaycandakı səfirlərinin Yeni il təbriklərini müqayisə etdim və gəldiyim qənəat bu oldu ki, London Vaşinqtonu yenə üstələdi".
"Sherg.az"ın xəbərinə görə, bu barədə politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, təbriklərdə yeganə üst-üstə düşən məqam hər iki səfirin təbriki Azərbaycan dilində yaymalarıdır:
"ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi mədəniyyətimiz və yeməklərimiz haqqında yenə xoş sözlər dedikdən sonra bir neçə cümlə Qobustana və vulkanlarımıza həsr edib. Amerikalı diplomatın yadda qalan əsas cümləsindən sadəcə bunu seçdim: “Bu qədim məkan mənə insanların haqqı olan daha dinc və firavan dünyada yaşamaq arzusunu xatırladır”. Böyük Britaniya səfiri Ferqus Old isə təbrikində birbaşa mətləbə keçərək Azərbaycanla Ermənistan arasında dialoqu yüksək qiymətləndirib. “Qarşıdan gələn ildə daha güclü tərəfdaşlıq üçün zəmin yaranıb, yeni ildən gözlədiyimiz çox şey var” deyən ingilis diplomat böyük ehtimalla bu il sülh sazişinin imzalanacağına eyham vurub. Ferqus Libbini daha bir məsələdə də üstələyib. Amerikalı diplomat Azərbaycanın COP-29-a ev sahibliyi etməsi barədə heç nə deməyib. Böyük Brtitaniya diplomatı isə buna kiçik abzas həsr edib və noyabrda keçiriləcək bu tədbiri Azərbaycanın uğuru kimi qiymətləndirib. Hər iki diplomat təbrikində Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərində suvenerliyini bərpa etməsi barədə heç nə deməyib. Bunu onlardan heç gözləmirdik də..".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəzzada HƏMAS liderlərindən birinin oğlu öldürüldü
02:42 07.05.2026
Dünya
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm