Məlahət Abbasova heç yerdə olmayan fotolarını paylaşdı

Aktrisa Məlahət Abbasova arxiv fotolarını yayımlayıb.

Axşam.az xəbər verir ki, aktrisa uşaqlıq illərində anası, bacısı ilə çəkdirdiyi şəkilləri sosial şəbəkədə paylaşıb. 

Abbasova şəkillərə "Bacımla necə də bir-birimizə oxşayırıq. Mənim “qara kişmişim” şərhini yazıb. 

Qeyd edək ki, Məlahət Abbasova Türkiyə vətəndaşı ilə ailə qurub və orada yaşayır. Onun iki övladı var.