Milli Məclisin sədri Türkiyənin Vitse-prezidenti ilə görüşüb
15:00 20.12.2023
Gündəm
298
Dekabrın 20-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Milli Məclisin sədri qeyd edib ki, dost və qardaş ölkələrimiz arasında münasibətlər Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipi ilə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Azərbaycanla Türkiyə arasında olan münasibətlərin dünyada bənzəri yoxdur.
Qeyd olunub ki, Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadırlar. İkinci Qarabağ müharibəsi və Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı biz bir daha bunun şahidi olduq.
Xatırlanıb ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsində iki ölkə arasında strateji tərəfdaşlıq məsələləri öz əksini tapıb.
Spiker Sahibə Qafarova Azərbaycan Respublikasının Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında əməkdaşlıq haqqında Sazişin əhəmiyyətindən danışıb.
Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz bu il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyini xatırladaraq, onun müasir müstəqil Azərbaycanın inkişafındakı xidmətlərindən danışıb. Qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayan Türkiyənin Vitse-prezidenti ölkələrimizin beynəlxalq təşkilatlarda, həmçinin Türk Dövlətləri Təşkilatında sıx əməkdaşlığından məmnunluğunu ifadə edib.
Söhbət zamanı Cevdet Yılmaz Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi münasibətilə təbriklərini çatdırıb. Qonaq Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə bir daha təşəkkürünü bildirib.
Eyni zamanda hazırda Qarabağda və Şərqi Zəngəzurda davam edən bərpa-quruculuq işlərində Azərbaycan və Türkiyənin əməkdaşlığından məmnunluq ifadə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət