Mişelin vasitəçiliyi ilə  Azərbaycan və Ermənistan təmsilçilərinin növbəti görüşü olacaq

"Yaxın günlərdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə  Azərbaycan və Ermənistan təmsilçilərinin növbəti görüşü baş tutacaq".

"Sherg.az"ın xəbərinə görə, bu barədə Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib. 

Politoloqun sözlərinə görə, görüşdə Münhendə razılaşdırılmış məqamların detalları müzakirə edilə bilər: 

"İstisna etmirəm ki, görüşdə Azərbaycanla yerli ermənilər arasında təhlükəsizlik məsələləri və inteqrasiyanın mexanizmləri müzakirə edilsin. Çox güman ki, Avropa İttifaqının Bakı və Xankəndi arasında müəyyən məsələlərdə iştirakı da mümkündür. Münhendə Paşinyan Qarabağ ermənilərinin Azərbaycanın tərkibində inteqrasiyalarına razılaşıb. Bundan başqa, görüşdə Zəngəzur dəhlizi, sülh müqaviləsi ilə bağlı mətnin də müzakirəsini düşünürəm".