MN-nin Təlim və Tədris Mərkəzində Xocalı soyqırımına həsr olunan tədbir keçirilib
Yusif Nəzərli
08:00 26.02.2023
Gündəm
305
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində anım mərasimi keçirilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Xocalı soyqırımına həsr edilən videoçarx nümayiş olunub.
Anım mərasimində çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücumu zamanı dinc əhalinin başına gətirdikləri işgəncələrdən və törədilən cinayətlərdən danışıblar.
Qeyd olunub ki, Xocalı soyqırımına ilk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hüquqi-siyasi qiymət verilib.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət, eləcə də Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində dünyanın bir çox ölkə və şəhərlərində XX əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsinin soyqırımı aktı kimi tanındığı da xüsusi vurğulanıb.
Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu döyüş meydanında Xocalı qurbanlarının və bütün şəhidlərimizin qisasını alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya