“Moskva Bəyannaməsi”!- “İlham Əliyev çox ağıllı gediş edib” - Təhdid yoxdur!
Yusif Nəzərli
14:58 23.02.2022
Gündəm
585
“Prezident Azərbaycanın həm siyasi, həm suvenerlik, həm də müstəqillik cəhətdən gələcəyini sığortalayıb"
Fevralın 22-də Azərbaycanla Rusiya arasında müttəfiqlik, qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Bəyannamə formalaşan və situativ dəyişikliklərlə müşayiət olunan yeni dünya nizamında Azərbaycan-Rusiya münasibətlərinin fazasını müəyyənləşdirir. 43 maddədən ibarət Bəyannamədə deyilir ki, Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti əsasında qurur, aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla o cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər. Eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər.
Bəzi ekspertlər “Moskva Bəyannaməsi”ni Azərbaycanla Türkiyə arasında imzalanmış “Şuşa Bəyannaməsi” ilə müqayisə edirlər. Şübhəsiz ki, Türkiyə ilə imzalanmış “Şuşa bəyannamasi” kimi, Rusiya ilə paraflanan “Moskva bəyannaməsi” də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir.
Sözügüdən siyasi gedişə dair fikirlərini "Sherg.az"la bölüşən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib ki, “Moskva Bəyannaməsi” ilə “Şuşa bəyannaməsi”ni eyniləşdirmək doğru deyil:
"Şuşa Bəyannaməsi”ndən fərqli olaraq bu, Azərbaycanla Rusiya arasında əməkdaşlıq ittifaqı ilə bağlı imzalanmış bəyanatdır. “Şuşa bəyannaməsi” təkcə Türkiyə ilə dostluq münasibətlərini yox, Azərbaycanın müdafiə qabiliyyətini gücləndirmək, siyasi müstəqilliyini, suvenerliyini qorumaq üçün nəzərdə tutulub. İki bəyannaməni niyə eyniləşdirməyə çalışdıqları anlaşılan deyil.
“Moskva bəyannaməsi”ndə Azərbaycana qarşı heç bir təhdid yoxdur. Bəyannamənin birinci maddəsində konkret olaraq BMT nizamnaməsinin nəzərdə tutduğu əsas 5 prinsip vurğulanıb. Bir-birinin daxili işinə qarışmamaq, qonşuluq prinsipləri, sərhədlərin toxunulması dünyada qəbul edilən prinsiplərdir".
Professorun sözlərinə görə, “Şuşa Bəyannaməsi”ndən fərqli olaraq, burda rəsmi Bakı öz qonşuları ilə "sıfır problem" məsələsini gündəmə gətirir:
"Eyni zamanda Azərbaycana qarşı Rusiya tərəfindən ola biləcək hər hansı təhdidin qarşısını alır. Bəyannamə birmənalı olaraq Azərbaycanın maraqlarına uyğun olaraq hərəkət edib. Tələm-tələsik danışmaq yanlışdır. Bəndləri düzgün oxumaq lazımdır. Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayırsa, tərəflər arasında qurulacaq iqtisadi, siyasi, ideoloji, humanitar əlaqələrin yeni müstəvilərin təşviqi, təbliği məsələsi aktualdırsa, təhdiddən söhbət gedə bilməz. Ölkəmiz 44 günlük müharibədən sonra reallıq yaratdı. Bu reallıq təkcə Cənubi Qafqaz miqyasında deyil, MDB miqyasındadır, hətta kənara çıxır. Böyük regionlarla müqayisə özünü təsdiqləyən dövlətdir.
Əgər “Şuşa Bəyannəməsi” 85 milyonluq NATO üzvü olan qardaş Türkiyə ilə imzalanıbsa, “Moskva Bəyannaməsi” ərazisi Azərbaycandan 200 dəfə, əhalisi də 15 dəfə çox olan dövlətlə - rəsmi Moskva ilə imzalanıb. İlham Əliyev çox ağıllı gediş edib. Azərbaycanın həm siyasi, həm suvenerlik, həm də müstəqillik cəhətdən gələcəyini sığortalayıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm
“Maşın” şou başlayır
11:41 18.05.2026
Şou
Tramp İranla bağlı onlarla görüş keçirdi: Narazıdır...
11:35 18.05.2026
Gündəm