MSK jurnalistlərə xüsusi mükafat verəcək

Mərkəzi Seçki Komissiyası (MSK) jurnalistlərə xüsusi mükafat verəcək.

“Report”un xəbərinə görə, bu barədə MSK-nın sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, hansı media qurumu azad edilən ərazilərdən, Xankəndidən, Xocalıdan ilk məlumatı versə, həmin media qurumuna xüsusi mükafat veriləcək.