NATO-da böyük sürpriz: Tramp Ankaraya gəlməyi planlaşdırır

Türkiyə Xarici işlər naziri Hakan Fidan bildirib ki, ABŞ Prezidenti Donald Tramp iyul ayında Ankarada keçiriləcək NATO Zirvəsinə qatılmağı planlaşdırır.

Sherg.az xəbər verir ki, Fidanın sözlərinə görə, Tramp Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışıqlarında da bu niyyətini təsdiqləyib.

Nazir ABŞ-nin NATO-ya bağlılığını davam etdirdiyini və alyansdan çıxmaqla bağlı ciddi bir əlamət olmadığını da vurğulayıb.

Fidan həmçinin ABŞ-İran danışıqlarına toxunaraq Türkiyənin bu prosesə dəstək verdiyini, lakin İsrailin bölgədəki addımlarının danışıqlar üçün risk yaratdığını bildirib.