Ölkəyə gələn turistlərin sayında artım var
20:18 08.10.2024
Gündəm
475
Hotel qiymətlərinin yüksəlməsi sadə və təbii prosesdir
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 3 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan "booking.com" üzrə bir gecə qalmaq üçün orta qiymət 83,1 manat təşkil edib. Dövlət Turizm Agentliyinin hesabatında qeyd edilir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz çoxdur. Hesabat dövründə ən yüksək qiymət 128,3 manat olmaqla Qubada qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 17,7 faiz azdır. İkinci yerdə 115,4 manat olmaqla Qəbələ qərarlaşıb. Bu, illik müqayisədə 70,7 faiz çoxdur. 3 ulduzlu hotellər arasında üçüncü yeri isə 115 manat olmaqla Şamaxı tutub. Bu rayonda ötən ilin eyni dövründə 3 ulduzlu hotel olmayıb. Naxçıvanda 3 ulduzlu hotellərdə bir gecə qalmaq 97,5 manata, Astarada 86,3, Bakıda 82,8, Lənkəranda 82, İsmayıllıda 75 manat, Gəncədə 73,1, Lerikdə 70, Şəkidə 68,8, Qusarda 65,8, Naftalanda 50 manat, ən az qiymət isə Mingəçevir, Qax və Oğuzda olub – 40-47 manata başa gəlib.
İqtisadçı Fuad İbrahimov “Sherg.az"a açıqlamasında bildirib ki, bu, hələlik statistk rəqəmlərdir. Elə regionlar var, əksinə, ötən illə müqayisədə nisbətən ucuzlaşma qeydə alınıb. Bu, şablon hesabat deyil ki, nəyisə misal çəkərək ümumi bahalaşma olduğu deyilsin.
- Qiymət artımına təsir edən ilk amillərdən biri tələbatdır. Tələbat artırsa, qiymət bahalaşacaq. Hər hansı məhsulda bolluq olanda qiymət istər-istəməz ucuzlaşır. Amma tələbat artırsa, qiymətlərdə yüksəlmə qaçılmazdır. "Formula 1" zamanı da hotel qiymətlərində yüksəlmə müşahidə edildi. Çünki paytaxta, ölkəmizə gələn qonaqların sayı xeyli artmışdı. Onlar haradasa gecələməlidirlər də. COP29-la bağlı ölkəmizə minlərlə qonaq gələcək. Qonaqlara təklif etməyə imkanlar var, amma turist sayı çox olduğundan hotellərdə yerlər məhdud olacaq. Bu vəziyyətdə hotel qiymətlərinin bahalaşacağı gözlənləndir. Hotel qiymtlərinin yüksəlməsi ölkəmizin turizm imkanlarının artmasıyla da bağlıdır. Son illərdə ölkəyə gələn turistlərin sayında da artım var, ona görə hotellərə tələbat da artır. Tələbat artırsa, qiymətlər də artan xətt üzrə gedəcək. Sahibkar çalışacaq ki, imkanlardan maksimum yararlansın və qiymətləri artıracaqlar. Bu, sadə və təbii prosesdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat