“Görünür ki, Rusiya özü hansısa “yol xəritəsi” hazırlayaraq bunu “yüksəksəviyyəli” adlandırır və Ermənistanı da həmin sənədlə razılaşmağa çağırır”
Overçuk topu tərəflərin ayağına atıb: Rusiyanın geosiyasi ambisiyaları...
17:21 16.12.2023
Gündəm
608
Rusiya ilə Qərbin Cənubi Qafqazda daha çox hansı platforma üzərinə çıxıb rəqabət apardığı aydın görünür
“Görünür ki, Rusiya özü hansısa “yol xəritəsi” hazırlayaraq bunu “yüksəksəviyyəli” adlandırır və Ermənistanı da həmin sənədlə razılaşmağa çağırır”

“Görünür ki, Rusiya özü hansısa “yol xəritəsi” hazırlayaraq bunu “yüksəksəviyyəli” adlandırır və Ermənistanı da həmin sənədlə razılaşmağa çağırır”
İrəvanda səfərdə olan Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib ki, İrəvanla Bakı arasında dəmir yolunun açılmasını nəzərdə tutan sənədlər yüksək hazırlıq səviyyəsindədir. Overçuk qeyd edib ki, kommunikasiyaların açılması üzrə işlər davam edir və bu məqsədlə üçtərəfli İşçi qrupu yaradılıb: “Emissiyanın maliyyə komponenti hesablanır, hələlik konkret rəqəmlər yoxdur. Rusiya burada daha çox vasitəçi rolunu oynayır və əgər tərəflər bu işi davam etdirməyə hazırdırsa, o zaman biz də təbii ki, iştirak etməyə hazırıq”.
Rusiya rəsmisi vurğulayıb ki, tərəflər artıq birbaşa, vasitəçilərin iştirakı olmadan işlər görməyə başlayıblar.
Siyasi şərhçi Aqşin Kərimov bildirib ki, Overçuk Azərbaycan-Ermənistan sülh gündəliyinin regional kommunikasiyalar aspektində Rusiyanın vasitəçiliyini də qabartmağı yaddan çıxarmayıb və gələcək brokerlik üçün topu tərəflərin ayağına atıb.
Ekspertin sözlərinə görə, Overçukun açıqlamasından sonra Rusiya ilə Qərbin Cənubi Qafqazda daha çox hansı platforma üzərinə çıxıb rəqabət apardığı aydın görünür: "Bu, perspektiv Zəngəzur dəhlizi layihəsi fonunda Moskva ilə Qərbin bir-birinə qarşı regional təcrid planının əlamətlərinə işarə edir. Rusiya və Qərb dəhlizlə əlaqədar oyunda kənarda dayanmamaqda israrlıdır. Onlar indi bu məsələdə alət qazanmaq üçün Azərbaycan-Ermənistan gündəliyinə təsir imkanlarını artırmağa cəhd edirlər. Overçukun dəmir yolu ilə əlaqədar mövqeyinin ardınca “Rusiya burada daha çox vasitəçi rolunu oynayır və əgər tərəflər bu işi davam etdirməyə hazırdırlarsa, o zaman biz də təbii ki, iştiraka hazırıq” deməsi Moskvanın Qərblə sülh gündəliyinə təsir etmək yarışının növbəti fazasını əhatə etdiyi anlamı verir.
Moskvanı bu məsələdə həvəsləndirən 10 Noyabr Bəyanatının 9-cu bəndidir, çünki orada perspektiv regional nəqliyyat əlaqəsi üzrə nəzarətin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin həyata keçirəcəyi bildirilir".
Analitik vurğulayıb ki, ancaq Azərbaycan bunu Rusiyanın geosiyasi ambisiyalarının təmininə deyil, özünün strateji maraqlarının ifadəsi istiqamətinə yönləndirir: "Bu mənada, Bakı Zəngəzur dəhlizi layihəsini Rusiya-Qərb hibrid müharibəsinin toqquşma məkanı çərçivəsindən çıxarıb səmərəli əməkdaşlığı təşviq edir. Azərbaycan bu cür tənzimləyici manevrlərini strateji müttəfiqi Türkiyə ilə razılaşdırır. Ankara isə Qərblə Rusiya arasındakı oyun qaydalarını peşəkarlıqla davam etdirir. Deməli, Overçukun açıqlaması Türkiyənin maraq dairəsindən kənarda deyil və məntiqlə Moskvanın mövqeyi Bakı üçün də məqbul variantdır. Overçuk bəlkə də prosesləri qabaqlamaq istəyir, “dəhlizlə əlaqədar razılaşmada Ermənistan Kremlin mövqeyini ciddi nəzərə alıb Qərblə sövdələşməyə girməməlidir” mövqeyini xatırladır. Kreml bundan sonra Zəngəzur dəhlizi aktında qaydalar tərtib etmək cəhdinin davamını gətirə bilər. Lakin hələ bir çox sual qalmaqdadır, çünki prosesin Rusiya və Ermənistan arasında eyni istiqamət üzrə davam edəcəyini proqnozlaşdırmaq çətinləşir. Rusiya indi çalışır ki, dəhlizin yaradılması istiqamətində Ermənistana qarşı aqressivlik nümayiş etdirsin və bunu Qərbə qarşı güc nümunəsi kimi çatdırsın. Görünür ki, Rusiya özü hansısa “yol xəritəsi” hazırlayaraq bunu “yüksəksəviyyəli” adlandırır və Ermənistanı da həmin sənədlə razılaşmağa çağırır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm