Özbəkistan Ermənistana Mərkəzi Asiya-Cənubi Qafqaz dəhlizinin inkişafını təklif edib

Özbəkistan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında nəqliyyat dəhlizinin inkişafını təklif edib.

Sherg.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı bildirib.

Mirziyoyev Mərkəzi Asiya və Cənubi Qafqazı birləşdirən logistika və nəqliyyat dəhlizlərinin inkişafı ilə regionlararası əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər həmçinin Özbəkistan-Ermənistan münasibətlərinin, xüsusilə ticarət-iqtisadi və investisiya sahələrində inkişafını müzakirə ediblər.

Qeyd edək ki, 2025-ci ilin oktyabrında Çin-Qazaxıstan-Özbəkistan-Türkmənistan-İran-Ermənistan marşrutu üzrə yükdaşımalar üçün yeni istiqamət işə salınıb.