Paşinyan: “Ludinq” şirkətinin erməni ixracatçılarına mane olduğu təsdiqlənərsə, araşdırılacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyada fəaliyyət göstərən “Ludinq” şirkətinin erməni konyak ixracatçılarına süni maneələr yaratması ilə bağlı iddiaların araşdırılacağını bildirib.

Paşinyan deyib ki, iddialar təsdiqlənərsə, şirkətin sahibləri ilə hüquq-mühafizə orqanları “söhbət aparacaq”. Şirkətin ortaq sahibləri arasında Ermənistan vətəndaşlarının da olduğu qeyd edilir.

İddialara görə, şirkət sahibləri Rusiyanın aidiyyəti qurumlarındakı əlaqələrindən istifadə edərək Ermənistanın konyak ixracına maneələr yaradır və bundan pay tələb edirlər.

Qeyd edək ki, Rusiya son aylarda Ermənistandan müxtəlif kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətlər tətbiq edib.