Ermənistan Baş naziri Nikol Paşinyan iki günlük rəsmi səfərlə Qazaxıstanın paytaxtı Astanaya gəlib.
Teleqraf xəbər verir ki, onu səfərdə baş nazirin müavini Mqer Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyan, ali təhsil və elm naziri Janna Andreasyan müşayiət edir.
Ermənistan Baş naziri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında görüş noyabrın 21-də Qazaxıstan prezidentinin iqamətgahı olan Akorda sarayında baş tutacaq. Əvvəlcə Paşinyanla Tokayev arasında təkbətək görüş, ardınca isə hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş baş tutacaq.
Nikol Paşinyanın Astanaya rəsmi səfəri zamanı bəzi sənədlər imzalanacaq.
Sabah Ermənistan hökumət başçısının Qazaxıstan Baş naziri Oljas Bektenovla da görüşü planlaşdırılır. Ermənistan liderinin rəsmi səfərinin gündəliyinə Qazaxıstan parlamentinin sədri Yerlan Koşanovla görüşü də daxildir.