Plan Moskvada hazırlanır!- “Sərhəddəki təxribatların arxasında Rusiya durur”
Fidan Həmişəyeva
09:57 29.05.2021
Gündəm
710
Mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nəticədə hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Hərbi qulluqçumuzun həyatı üçün heç bir təhlükə yoxdur.
Ermənilər növbəti təxribatı barədə "Sherg.az"a danışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev bildirib ki, son günlər Ermənistanın təxribata əl atmasının əsas səbəbi iyunun 20-də keçiriləcək parlament seçkiləridir:
"Məlumdur ki, Rusiya Paşinyanın seçilməsini istəmir. Ona görə də 3 nəfər namizədlə çıxış edir: Koçaryan, Sarkisyan və Ara Abramyan. Rəsmi Moskva düşünür ki, Paşinyan seçilmiş olsa belə, bu 3 qrup birlik şəklində iştirak etsinlər və parlamentdə yerlərin çoxusunu götürsünlər ki, Paşinyan oyundan kənar qalsın. Ona görə də bu təxribatların arxasında Rusiya durur. Təxribat layihələri birmənalı olaraq Moskvada hazırlanır və rəsmi İrəvan tərəfindən həyata keçirilir. Azərbaycan neçə gündür ki, bu təxribatlara uymur. Hərbçilərimiz özlərini çox peşəkar aparır, məsələləri yüksək səviyyədə həll edirlər".
C.Nuriyev qeyd edib ki, Azərbaycan Qarabağda birmənalı şəkildə Türkiyə ordusunun yerləşdirilməsi haqqında qanunvericilikdə dəyişiklik etməlidir:
"Mövcud qanunvericiliyə görə, ərazimizdə başqa dövlətin nə hərbi bazaları yerləşdirilə, nə də ərazimizdən başqa dövlətə qarşı istifadə oluna bilər. Bu baxımdan Azərbaycan hərbi doktrinası dəyişməlidir.
Türkiyə qoşunlarının rəsmi şəkildə Azərbaycan ərazisində yerləşdirilməsi həll olunmalıdır. Nə qədər ki, bu məsələni həll etməmişik bu cür təxribatlar davam edəcək.
Rusiyanın əsas məqsədi odur ki, Azərbaycan-Ermənistan sərhəd qarşıdurması müharibə mərhələsinə keçsin və KTMT nizamnaməsinin 4-cü və ya 7-ci maddəsindən istifadə etsinlər. Beləliklə, Azərbaycan ərazisini yenidən işğal etsinlər. Rusiyanın planı budur.
Təəssüf ki, "5-ci kalon" da bu olanlarda daha çox canfəşanlıq göstərir. Amma bir məqamı başa düşmək istəmirlər ki, Azərbaycan dövlətinin maraqlarını satmaq şərəfsizlikdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət