Prezident: "Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşıdır"
Yusif Nəzərli
09:56 02.04.2022
Gündəm
599
"Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşıdır. İtaliyanın Cənub Qafqazla apardığı ticarətin 95 faizi Azərbaycanla aparılır. Rəqəmlər çox yaxşıdır, demək olar ki, ötən il 10 milyard ABŞ dolları olmuşdur".
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 2-də İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
"Əminəm ki, bu il İtaliyaya əlavə qaz təchizatına görə bu göstərici daha da artacaqdır. Əlbəttə ki, İtaliyanın bizim əsas ticarət tərəfdaşımız olması çox yaxşı əlamətdir. Enerji əməkdaşlığında yeni imkanlar var. Uzun illər ərzində Azərbaycan neft təchiz edən etibarlı mənbə olmuşdur və İtaliyaya neft təchizatının bir nömrəli mənbəyidir. İndi isə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması ilə önəmli qaz təchizatçısına çevrildik və biz qaz təchizatında 3-cü yerdəyik. İrəliləmək üçün potensial olsa, əlbəttə ki, biz bunu edəcəyik. Həmçinin ötən il bizim 7 milyard kubmetr qazı təchiz etməyimizlə bağlı göstərici də məni çox məmnun etdi və bu il bundan da çox olacaqdır", - dövlət başçısı bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət