Prezident Xənkəndi stadionunda çıxış edir - Canlı

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Xənkəndi stadionuna gəlib.
Bu barədə AzTV canlı yayım edir.
Dövlət başçısını və xanımını "Qarabağ"-MOİK oyununu izləyəcək azarkeşlər ayaq üstə qarşılayıblar.
Sonra Azərbaycanın Dövlət himni səsləndirilib.