Prezidentin köməkçisi: "Azərbaycan Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara hazırdır"
Yusif Nəzərli
11:28 27.08.2022
Gündəm
500
"Azərbaycan regionda hərtərəfli sülhün tərəfdarıdır və bu xüsusda Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara hazırdır. Azərbaycan tərəfindən irəli sürülmüş təkliflər də bilavasitə buna dəlalət edir".
“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan dünya miqyasında postmünaqişə reallıqları çərçivəsində çox nadir və miqyası görünməyən yenidənqurma layihəsi həyata keçirir: "Bu işlər məhz Azərbaycan hökumətinin öz səyləri, öz resursları, özünün bürokratik idarəetmə mexanizmi çərçivəsində reallaşdırılır. Beynəlxalq ictimaiyyət və diplomatik korpus tərəfindən də bu məsələyə ciddi maraq var. Çünki Azərbaycanın bu təcrübəsi dünyanın başqa regionlarında da tətbiq oluna bilər".
Bu yaxınlarda BMT, Avropa İttifaqı və Dünya Bankı tərəfindən postmünaqişə, bərpa və quruculuq konsepsiyasına uyğun olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə geniş faktaraşdırıcı missiya həyata keçirildi. Onlar bununla bağlı ətraflı hesabat hazırladılar. Orada diqqəti çəkən iki vacib məqam var - onlar özləri də beynəlxalq ictimaiyyətin nümayəndələri olaraq etiraf edirlər ki, birincisi, bu miqyasda dağıntı olmamışdır, ikincisi isə dağıntıya münasibətdə belə sürətlə yenidənqurma və tikinti layihəsi olmamışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycanın həyata keçirdiyi layihələr beynəlxalq ictimaiyyət tərəfindən də böyük diqqətlə izlənilir”, - H.Hacıyev bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dublində İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilir
20:11 12.11.2026
Rəsmi
Vens və Rubio prezident seçkilərində potensial namizəddir
20:03 12.11.2026
Dünya
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
19:54 12.11.2026
Siyasət
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm