XIII Qlobal Bakı Forumu fəaliyyətə başlayır, Prezident İlham Əliyev açılış nitqini söyləyəcək.
Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında bildirib.
O qeyd edib ki, Forum bugünkü dünya üçün olduqca aktual bir mövzuya həsr olunub və bu, beynəlxalq sistemin dərin transformasiyalar keçirdiyi bir dövrə təsadüf edir.