Qafarova: Son 4 ildə Azərbaycan bir çox ölkəyə yardım göstərib
16:51 14.10.2024
Gündəm
361
2020-ci ildən bəri, Azərbaycan 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları dəyərində humanitar, iqtisadi və texniki yardım göstərib.
"Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında “Daha sülhsevər və dayanıqlı gələcək üçün elm, texnologiya və innovasiyadan (ETİ) istifadə” mövzusunda çıxışı zamanı deyib.
O qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədləri və hədəfləri ölkəmizin milli inkişaf planlarına və strategiyalarına daxil edilib. Ölkəmizdə müasir innovasiyalar və rəqabət qabiliyyətli insan kapitalı 2030-cu ilədək yeni sosial-iqtisadi inkişaf strategiyasının beş prioritet sahəsindən biridir.
Spiker deyib ki, qabaqcıl texnologiya sənayelərini və innovasiyanı dəstəkləyən, iqtisadiyyatın texnoloji imkanlarını artıran rəqəmsal cəmiyyət inkişafın hərəkətverici qüvvəsi hesab olunur. Bununla yanaşı, ETİ Azərbaycanın bərpaolunan enerji potensialını inkişaf etdirmək və Ermənistanın işğalından azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaşıl enerji zonalarının yaradılması üzrə fəaliyyətinin mühüm amilidir.
Sahibə Qafarova bildirib ki, qlobal çağırışlar fonunda ölkələrin bir-birinin inkişaf arzularını dəstəkləmək kimi mənəvi öhdəliyi var.
Diqqətə çatdırılıb ki, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun 2023-cü ilin mart ayında Azərbaycanda keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək məqsədilə iki qlobal çağırış elan edib. Bu çağırışlar birbaşa maliyyə dəstəyi, təhsil imkanlarının genişləndirilməsi, potensialın artırılması və digər texniki vasitələri nəzərdə tutur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat