QAİ-dən Niderlanda reaksiya
10:35 12.10.2024
Gündəm
427
COP 29 yaxınlaşdıqca, Azərbaycana qarşı vahid mərkəzdən idarə olunan hücumlar intensivləşməkdədir. Niderland Parlamenti tərəfindən 10 oktyabr 2024-cü ildə qəbul edilmiş sənədlər və Niderland Xarici İşlər Nazirinin həmin sənədlərin müzakirəsi zamanı ifadə etdiyi mövqe tamamilə qəbuledilməzdir.
"Sherg.az" xəbər verir ki, bu fikirlər Qərbi Azərrbaycan icmasının bəyanatında əks olunub.
Bəyanatda bildirilir ki, birincisi, bu sənədlərdə əks olunan iddialar böhtandır. Azərbaycanda saxlanılan məlum şəxslər hərbi əsirlər deyil, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham olunanlardır. Bu səbəbdən onların hərbi əsir kimi qələmə verilməsi hüquqa hörmətsizlikdir.
İkincisi, erməni mədəni irsinin təhlükə altında olması iddiaları da heç bir əsası olmayan uydurmadır. Azərbaycanın Şuşa şəhərində yerləşən Qazançı kilsəsinin yenicə başa çatdırılmış bərpası da göstərdiyi kimi, Azərbaycanda heç bir “erməni abidəsi” təhlükə altında deyil. Azərbaycan dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün mədəni irsin qorunmasını təmin etmişdir.
Bu, və Niderland Parlamentinin Azərbaycana qarşı son dövrlər qəbul etdiyi çoxsaylı digər sənədlər açıq-aşkar qərəz və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir. Azərbaycanofob siyasət yürüdən Fransa, Litva, Kanada kimi Niderland da Ermənistan tərəfindən bir milyon azərbaycanlıya qarşı etnik təmizləmə aparılmasına, Ermənistanda yüzlərlə məscidin və digər mədəni abidələrin dağıdılmasına, eləcə də vaxtilə işğal altında olmuş ərazilərdə Azərbaycan mədəni irsinə vurulan zərərə, yüzlərlə şəhər və kəndin dağıdılmasına biganə qalmışdır.
Nəhayət vurğulamaq istərdik ki, qanlı müstəmləkə keçmişinə malik, İslamofobiyanın geniş tüğyan etdiyi, Srebreniça soyqırımına görə məsuliyyət daşıyan və Boner, Sint Eustatius, Saba, Aruba, Kurasao və Sint Maarten kimi dəniz ərazilərində dekolonizasiya öhdəliklərini yerinə yetirməkdən imtina edən Niderlandın beynəlxalq hüquq və insan hüquqlarından danışmağa mənəvi haqqı yoxdur.
Biz, Qərbi Azərbaycan İcması olaraq, Niderland hökumətindən və parlamentindən Azərbaycana qarşı ittihamları və hücumları dayandırmağı, azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyi dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat