Qanunsuz tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qadağan edilir
09:10 13.12.2023
Gündəm
315
Qanunsuz tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qadağan edilir.
"Report"un Milli Məclisin mətbuat xidmətinə istinadən verdiyi məlumata əsasən, bu barədə dekabrın 13-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn formada keçirilən iclasında müzakirə edilən “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində deyilir.
Qeyd olunub ki, iclası açan komitənin sədri Sadiq Qurbanov bildirib ki, qanun layihəsi birinci oxunuşda müzakirə olunur.
İclasda bildirilib ki, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 30 may 2023-cü il tarixli qanuna əsasən 2023-cü il oktyabrın 1-dən etibarən qanuni əsaslar olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qadağan edilib. Buraya həm tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilən, həm də barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilən tikinti obyektləri daxildir.
2023-cü il aprelin 11-də isə yeni “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 2024-cü ildən qüvvəyə minəcəkdir. Həmin qanunun qüvvəyə minməsi ilə əlaqədar “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 1998-ci il 3 aprel tarixli 459-IQ nömrəli Qanunu ləğv edilir.
Bu səbəbdən müvafiq tənzimləyici normanın olduğu kimi 2023-cü il 11 aprel tarixli “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilməsi (keçirilməsi) zərurəti yaranıb. Bununla da həmin tənzimləyici normanın 2024-cü il yanvarın 1-dən sonra da qüvvədə olması təmin ediləcəkdir.
Qeyd edilib ki, analoji norma qaz və su təchizatı sistemlərinə qoşulmaya münasibətdə də mövcuddur.
Çıxış edən komitə üzvləri Fatma Yıldırım, Afət Həsənova, Məşhur Məmmədov və İltizam Yusifov qanun layihəsinin əhəmiyyətindən danışıblar.
Sonra “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
Onlayn iclasda komitə üzvləri Nəsib Məhəməliyev və Əliabbas Salahzadə də iştirak ediblər.
Oxşar xəbərlər
Azərbaycanın rolu artıq yalnız Cənubi Qafqazla məhdudlaşmır - Mehmet Gökhan Özçubukcu
20:53 16.09.2026
Paşinyan cəmiyyətini sülhdən başqa yolun olmadığına inandırmağa çalışır - Politoloq
19:43 16.09.2026
Xəbər lenti
Hamısına bax
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə