
Rəsulzadə ev-muzeyi dövlətin nəzdində təsis edilsin - TƏKLİF
08:04 01.01.2024
Gündəm
482
Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Sərəncamda bildirilib ki, Məhəmməd Əmin Rəsulzadənin 2024-cü ilin yanvar ayında anadan olmasının 140 illiyi tamam olur: "Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır".
Mühüm Sərəncamı "Sherg.az"a dəyərləndirən Cümhuriyyət dövrünün tədqiqatçısı, araşdırmaçı-yazar, "Çapar" dərgisinin baş redaktoru Dilqəm Əhməd öncəliklə, cənab Prezidentə dövlətçilik tariximizin əsas simasının yubileyi ilə bağlı verdiyi Sərəncama görə təşəkkür edib.

Yazar bildirib ki, Məhəmmədəmin Rəsulzadə Azərbaycan Cümhuriyyətinin qurucusu, eyni zamanda azərbaycançılıq ideologiyasının yaradıcısıdır:
"Bu baxımdan Rəsulzadə XX əsrdə Avropa səviyyəli bir ictimai-siyasi xadimdir. 140 illikdə mənim görmək istədiklərimə gəlincə, təbii ki, ən böyük arzumuz Rəsulzadə ev-muzeyinin dövlətin nəzdində təsis edilməsidir. Dünyanın bir çox ölkələrində qurucu liderlərin xatirəsi bu şəkildə əbədiləşdirilib. Təbii ki, alimlərimizdən çox gözləntim var. Yeni tədqiqat işləri aparılmalıdır. Xüsusilə də Avropa arxivlərində çalışmaq gərəkdir. Rəsulzadə 17 il Avropada yaşayıb. Külliyyatı yenidən gözdən keçirilməli, yeni nəşrləri çap olunmalıdır. "Çapar" nəşriyyatı olaraq bizim də planlarımız çoxdur, sürpriz işlərimiz olacaq. Şəxsim də 140 illiyə töhfə olan bir əsərə artıq başlamışam".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
25 dəqiqəyə biletlər tükəndi!
03:23 07.05.2026
Şou
Qəzzada HƏMAS liderlərindən birinin oğlu öldürüldü
02:42 07.05.2026
Dünya
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm