Rəsulzadənin nəvəsi İlham Əliyevi dəstəkləyir
10:52 19.12.2023
Gündəm
391
Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İndiyədək 7 nəfərin – hazırkı Prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Orucun, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin, BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin, “Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək” İctimai Birliyinin sədri Fuad Əliyevin namizədliyi irəli sürülüb.
Bəzi siyasi partiyalar seçkilərdə namizəd irəli sürməsə də, mövqelərini açıqlayıb. Məsələn, İqbal Ağazadənin sədrlik etdiyi Ümid Partiyası seçkilərdə İlham Əliyevi dəstəkləyəcək, sabiq baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyası isə üzvlərə seçkilərdə kimi dəstəkləmələri barədə sərbəstlik verib.
Ayrı-ayrı tanınmış şəxslər də növbədənkənar prezident seçkilərində kimi dəstəkləyəcəkləri barədə açıqlamalar veriblər.
Globalinfo.az bildirir ki, Modern.az-ın əməkdaşı Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rasulzadənin nəvəsi Rais Rəsulzadənin seçkidə kimi dəstəkləyəcəyi ilə bağlı fikirlərini öyrənib.
Saytımıza açıqlamasında Rais Rəsulzadə böyük ehtimalla İlham Əliyevin yenidən Prezident seçiləcəyini bildirib:
“Ümidvaram ki, seçkilər demokratik şəkildə həyata keçiriləcək. Bir sıra namizədlər var. Təbii ki, kim çox səs yığacaq, o da qazanacaq. Bizim hazırkı Prezidentimizin reytinqi çox yüksəkdir. Yəqin ki, elə o da seçiləcək”.
R.Rəsulzadə seçkilərdə İlham Əliyevi dəstəkləyəcəyini vurğulayıb:
“Səsvermədə iştirak etmək hər birimizin borcudur. Bir vətəndaş kimi seçkilərdə iştirak etməliyik. Yəqin ki, mənim dəstəyim cənab İlham Əliyevə olacaq. Səsimi ona verəcəm”.
Qeyd edək ki, Rais Rəsulzadə dekabrın 6-da 2023-ci il üzrə “Şirməmməd Hüseynov mükafatı”nın qalibi olub.
Bununla bağlı da Rais Rəsulzadənin təəssüratlarını öyrəndik.
O, vurğulayıb ki, “Şirməmməd Hüseynov mükafatı”nın qalibi olmaq şərəfdir:
“Şirməmməd Hüseynov mükafatı”nı almaq ayrıca bir sevindirici haldır. Şirməmməd müəllim böyük şəxsiyyətdir. Onun adına olan mükafatı almaq əlbəttə ki, şərəfdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm