"Reuters": ABŞ sülh planını qəbul etməsi üçün Ukraynaya təzyiqləri gücləndirib

ABŞ sülh planını qəbul etməsi üçün Ukraynanı kəşfiyyat məlumatlarının mübadiləsini və silah tədarükünü dayandırmaqla hədələyib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Kiyev hazırda güclü təzyiq altındadır. ABŞ istəyir ki, Ukrayna gələn həftənin cümə axşamınadək çərçivə razılaşmasını imzalasın. Məqsədi müharibəni dayandırmaqdır”, – deyə mənbələrdən biri bildirib.

ABŞ-nin yüksək rütbəli hərbi rəsmilərdən ibarət nümayəndə heyəti cümə axşamı Kiyevdə Prezident Volodimir Zelenski ilə görüş keçirib və məsələləri müzakirə edib.

Nümayəndə heyətinə qoşulan ABŞ-nin Ukraynadakı səfiri və ABŞ ordusunun mətbuat xidmətinin rəhbəri görüşü uğurlu adlandırıblar və qeyd ediblər ki, Vaşinqton qısa müddət ərzində ABŞ və Ukrayna arasında sənədin imzalanmasına nail olmağa çalışır.