Ruben Vardanyana terror təşkilatı ilə bağlı suallar ünvanlandı
Yusif Nəzərli
18:28 04.03.2025
Gündəm
455
Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin martın 4-də davam etdirilən baxış iclasında ona “VoMa” terror təşkilatının qurucusu Vartanov Vladimir (Vova) Levanoviçlə münasibəti, aralarında votsap vasitəsilə aparılan yazışmalar və göndərilən səsli mesajlar, təşkilat tərəfindən Ermənistanın nəzarətində olan Qarabağdakı qanunsuz silahlı birləşmələrə təlimlərin keçirilməsinin təşkili və maliyyələşdirilməsi, Vladimir Vartanovun Birinci Qarabağ müharibəsində, 2016-cı ilin aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikası ərazisində Silahlı Qüvvələrimizə qarşı hərbi əməliyyatlarda iştirak etməsi, təşkilatın təlimçiləri barədə suallar verilib.
Sherg.az xəbər verir ki, məhkəmədə R.Vardanyandan həmin təlimlərin keçirilməsinə Ermənistan tərəfindən razılığın verilib-verilməməsi, buna dair şəraitin kim tərəfindən yaradılması, təlimlərə yetkinlik yaşına çatmayan şəxslərin cəlb olub-olunmaması, o cümlədən R.Vardanyanın bu təlimləri sahibkar və ya qondarma rejmin vəzifəli şəxsi kimi təşkil etməsi və maliyyələşdirməsi də soruşulub.
Daha sonra R.Vardanyana təhlükəsizlik məsələləri üzrə ekspert adı altında fəaliyyət göstərən “27 Komitəsi" hərəkatının təsisçisi və sədri Poqosyan Vladimir Sergeyeviçlə münasibətləri, onunla “Signal” mobil tətbiqi, eləcə də digər mobil tətbiqlər və sosial şəbəkələr vasitəsilə apardığı danışıqlar və yazışmalar, aralarında işbirliyinin olub-olmaması, “düşmən” adlandırdıqları Azərbaycan dövlətini böyük itkilərə məruz qoymaq, hətta zərbə vurmaq məqsədilə “xüsusi əməliyyatlar qüvvələrinin milli mərkəzi”nin yaradılmasının Ermənistan dövlətinin planı olub-olmaması, “böyük itkilər”in nədən ibarət olması, həmin mərkəzin digər üzvləri və maliyyələşmə qaydalarına dair suallar verilib.
Bundan başqa, sözügedən “mərkəz”in qondarma quruma, yoxsa qondarma qurumun Müdafiə Nazirliyinin faktiki olaraq Ermənistan dövlətinə tabe olduğu kimi, eyni qaydada Ermənistana tabe olub-olmadığına dair suallar soruşulub.
Təqsirləndirilən şəxs Ruben Vardanyan ona verilmiş sualların heç birini cavablandırmayıb.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya