Səbinə Əliyeva: "Fransanın siyasəti Cənubi Qafqazda yeni münaqişə ocaqlarının yaranmasına yönəlib"
Yusif Nəzərli
06:07 20.10.2023
Gündəm
705
"Fransanın siyasəti Cənubi Qafqazda yeni münaqişə ocaqlarının yaranmasına yönəlib".
"Report" xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Afrikada, Yaxın və Uzaq Şərqdə keçirilən neokolonializm siyasəti milyonlarla insanın əsas hüquqlarının kobud şəkildə pozulmasına səbəb olub: "Təcavüzkar dövlətlər bu məsələlərdə birbaşa məsuliyyət daşıyırlar. XX əsrin ikinci yarısı boyunca Əlcəzairdə, dənizaşırı ölkələrdə ətraf-mühitin deqradasiyasına, insan hüquqlarını pozulmasına səbəb olmuş Fransa müstəmləkəsi altında yaşayan insanların hüquqlarını kobud şəkildə pozmaqdadır. Əlcəzairdə bir milyondan artıq insanın hüquqlarının pozulması faktı bunu bir daha sübut edir. Bundan başqa, Ermənistanın Azərbaycana qarşı açıq nifrətini dəstəkləyən çıxışlar edən Fransa bu fikirlərin qüvvətlənməsinə səbəb olur. Fransanın regionumuzla bağlı siyasəti də sülhün bərqərar olmasına deyil, Cənubi Qafqazda yeni münaqişə ocaqlarının yaranmasına yönəlib və dayanıqlı sülh prosesinə təhdid xarakteri daşıyır. Son illər Azərbaycanın sədrliyi ilə bir sıra uğura imza atmış Qoşulmama Hərəkatı isə insanların hüquqlarının qorunması baxımından çox mühüm əhəmiyyətə malikdir".
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edir.
BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qurban Qurbanov: Vacib qələbə əldə etdik
23:50 13.08.2026
Futbol
Misir Məkkə Paktına qoşula bilər
23:35 13.08.2026
Aktual
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb
22:58 13.08.2026
Dünya
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol