Səfir: “Azərbaycan və Rusiya arasında olan logistika marşrutlarını şaxələndirmək lazımdır”
Yusif Nəzərli
17:50 12.02.2022
Gündəm
368
“Bu gün Azərbaycan və Rusiya arasında mövcud olan logistika marşrutlarını şaxələndirmək lazımdır. Burda ilk sırada dəmir yolları dayanır. Ümid edirəm ki, bu gün göndərilən yüklər daimi xarakter alacaq”.
“Report” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün Xaçmazda “Aqroekspress” layihəsinin işə salınması çərçivəsində Ləcət stansiyasında ilk yük qatarının göndərilmə mərasimində deyib.
Onun sözlərinə görə, bu gün keçirilən tədbir ölkələr arasında münasibətlərin çoxşaxəli olduğunu əks etdirir: “Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında əlaqələr mövcud olan əməkdaşlığımızın inkişafı üçün stimul rolunu oynayır. Deməliyəm ki, bu gün şahidi olduğumuz hadisə Rusiya və Azərbaycan arasında Hökumətlərarası Komissiyanın iclaslarında məhsuldar müzakirələrin nəticəsidir. Bu görüşlərdə bizim iqtisadi və ticarət əməkdaşlığımızda istiqamətlərin diversifikasiyası aktiv şəkildə müzakirə olunur”.
M. Boçarnikov vurğulayıb ki, bu gün Azərbaycan və Rusiya arasında “Aqroekspress” layihəsi çərçivəsində ilk qatarın getməsi bizim ticarət dövriyyəsinin effektiv və çoxtərəfli olması ilə bağlı atılmış növbəti addımdır:
“Bu məhsullar (meyvə-tərəvəz məhsulları, xüsusilə Azərbaycan xurması) Rusiyada məşhurlaşır”.
Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 3 milyard ABŞ dolları ötüb. Bunun əhəmiyyətli hissəsini Azərbaycandan Rusiyaya aqrar məhsulların çatdırılması təşkil edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region