Sərnişin və yük daşınma qaydalarını pozanlar cərimələnəcək
07:23 01.01.2024
Gündəm
343
Bu gündən sərnişin və yük daşınma qaydalarının pozulmasına görə yeni cərimələr qüvvəyə minir.
“Report”un xəbərinə görə, İnzibati Xətalar Məcəlləsinə əsasən, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə ediləcək.
- Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə 40 manat məbləğində cərimə olunacaq.
- Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin və yük daşıma qaydalarını pozmaqla yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə 50 manat məbləğində cərimə olunacaq.
- Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.
- Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə olmadan müntəzəm sərnişin daşımalarının təşkilinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər isə 1 200 manat məbləğində cərimə ediləcək.
- Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yük daşımalannın yerinə yetirilməsinə görə 400 manat məbləğində cərimə olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
25 dəqiqəyə biletlər tükəndi!
03:23 07.05.2026
Şou
Qəzzada HƏMAS liderlərindən birinin oğlu öldürüldü
02:42 07.05.2026
Dünya
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm