Sentyabrın 10-da səhər saatlarında baş verən bir neçə hücumdan sonra "Şərq-Qərb" neft kəmərinin Ər-Riyad və Mədinə ərazisindəki işi ehtiyat tədbiri məqsədilə dayandırılıb.
"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücumlar nəticəsində bir neçə nəfər yaralanıb, onlara tibbi yardım göstərilir.
Qəza və texniki briqadalar hücumlardan dərhal sonra işə başlayıb, neft kəmərinin təhlükəsizliyinin təmin edilməsi və onun vəziyyətinin yoxlanılması üçün lazımi tədbirlər görülüb.
Nazirlikdən qeyd edilib ki, sonrakı dəyişikliklər barədə əlavə məlumat veriləcək.