Snayperçilərimiz hədəfə doğru...
Yusif Nəzərli
09:01 25.08.2022
Gündəm
432
İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsində ikinci mərhələnin növbəti çalışmaları yerinə yetirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan snayperləri “Cütlər sıralaması” mərhələsinin “Şəhər əməliyyatı” və “Tənzimləmə” çalışmalarını müvəffəqiyyətlə yerinə yetiriblər. Çalışmalar zamanı snayperlərimiz cütlük şəklində atəş mövqeyinin seçilməsi, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra ediblər. Xatırladaq ki, müsabiqə avqustun 16-sı başlayıb və avqustun 27-nə qədər davam edəcək. Yarışlarda ölkəmizlə yanaşı Belarus, Çin, İran, Özbəkistan, Rusiya və Zimbabveni təmsil edən komandalar iştirak edəcəklər.
Ordumuzun beynəlxalq hərbi yarışlarda daim geniş tərkibli təmsil olduğunu deyən hərbi ekspert Ədalət Verdiyev “Sherg.az"a bildirib ki, snayperçilərimizin bu yarışlarda da yüksək nəticələr göstərəcəyini düşünür: “Müsabiqə hələ başa çatmayıb və aktiv fazadadır. Azərbaycan hərbi qulluqçuları bu yarışda da yaxşı çıxış edəcək. Ordumuz bu potensiala malikdir. Təəssüflər olsun ki, Ermənistan əsgərləri bu yarışda iştirak etmir. Bu da onların Azərbaycan əsgərlərinin qarşısında aciz qalmaması üçündür. Əgər onlar bu müsabiqədə iştirak etsəydilər bir daha ordumuzun əzici gücünə şahid olacaqdılar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya