“Sülh istəyiriksə, müharibəyə də hazır olmalıyıq”
“Sülh istəyiriksə, müharibəyə də hazır olmalıyıq”
Yusif Nəzərli
10:14 14.10.2022
Gündəm
580
"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması olduqca realdır. Ermənistan uzun müddətdir, prosesi bilərəkdən ləngidir. Rusiyanın Ukraynada qələbə qazanacağını düşünür. Boş xülyalara qapılıb. Zənn edir ki, Rusiyanın qələbəsi sayəsində mövqelərini möhkəmləndirəcək.
Ermənistanın dövlətçiliyi belə təhdid altındadır, nəinki "Artsax" xülyalarış. Azərbaycan Prezidenti İlham Əliyevin Astanada Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşdə söylədiyi fikirlər həqiqətdir".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Rusif Məmmədsoy deyib.
Analitik bildirib ki, sülh müqaviləsində yer alan bəndlərdən biri delimitasiya və demarkasiyadır. Delimitasiya prosesini Azərbaycan Ordusu özü həyata keçirir. Nəticə etibarilə ermənilərin siyasi cameəsində, cəmiyyətində narahatlıq yaranır:
"Əgər Azərbaycanla qarşıdurmalardan yayınmaq istəyirlərsə, mütləq sülh sazişinə imza atmalıdılar. Hüquqi əsasa malik sülh sazişinə görə öhdəliklərinə sadiq qalmalıdılar. Bizim üçün prioritet artıq Xankəndi deyil. Xankəndiyə zatən geri dönəcəyik. Paşinyan yükdən qurtulmaq üçün "Azərbaycanla qondarma Dağlıq Qarabağ arasında danışıqlar başlasa yaxşı olar" deyir. Bütün yükü birbaşa Rusiyanın üzərinə atır. Xankəndidəki ermənilər və digərləri narahatlıq duyub etiraz aksiyaları keçirirlər. 15-20 min separatçı Azərbaycana ciddi təhlükə vəd etmir. Hər halda Xankəndi istiqamətində hava məkanında bizim “Bayraktarlarımız”, qırıcılarımız hərəkət etməli, qorxunu gücləndirməlidilər".
Analitikin qənaətincə, sülh müqaviləsini ləngidən əsas maneə Rusiya faktorudur:
"Rusiyanın Ukrayna savaşında güc itirməsi, prioritetlərinin dəyişməsi Azərbaycana münbit şərait yaradıb.
İlham Əliyev söyləyir: "Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir". Sözügedən açıqlama İrana yönəlikdir. Dünyanın diqqət mərkəzində olan Zəngəzur dəhlizi meqa layihələrdəndir. Ermənistan da reallığı dərk edir.
Revanşistlər bəzi fikirlər səsləndirirlər. Nikol da qərarsız qalır. Lakin sülhün alternativi yoxdur. Sülh istəyiriksə, müharibəyə də hazır olmalıyıq. Növbəti erməni təxribatı ilə üzləşə və sonra da sülh müqaviləsini imzalaya bilərik. Heç birini istisna etmək mümkün deyil. Müdafiə Nazirliyi hər dəfə ermənilərin sərhəddə təxribata cəhd etdiklərini vurğulayır. Azərbaycan mümkün addımları atacaq. Müqavilənin imzalanması üçün əlindən gələni edəcək".
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Astanada Pakistanın Baş naziri Şahbaz Şəriflə görüş keçirib. Dövlət başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üzrə ölkəmizin təkliflərini diqqətə çatdırıb. " Əgər Ermənistan tərəfindən siyasi iradə nümayiş olunarsa, tezliklə sülh müqaviləsi imzalana bilər"-, deyə Prezident bildiib.
Oxşar xəbərlər
Özbəkistan Ermənistana Mərkəzi Asiya-Cənubi Qafqaz dəhlizinin inkişafını təklif edib
13:31 11.09.2026
Emi Karlon: Xankəndiyə ikinci dəfə səfər edirəm, ötən müddətdə yeni inkişafın şahidi oldum
12:47 11.09.2026
Hikmət Hacıyev: Qarabağda və digər ərazilərimizdəki bütün mədəni irs Azərbaycan qanunvericiliyi ilə qorunur
12:34 11.09.2026
Xəbər lenti
Hamısına bax
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol