Şuşa və Ağdam abidələri ilə bağlı mühüm qərar
16:00 09.10.2024
Gündəm
438
2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını daşıyan Şuşa şəhərində İSESKO-nun İslam Dünyası İrs Komitəsinin 12-ci sessiyasının üçüncü iclasda İslam Dünyasının İrs Siyahısına təqdim edilmiş müxtəlif nominasiyalar nəzərdən keçirilib.
Mədəniyyət Nazirliyindən Kult.az-a verilən məlumata görə, nazirlik tərəfindən təqdim edilmiş "Şuşa Tarix-Memarlıq Qoruğu" və "Ağdam İmarət Kompleksi və Cümə məscidi" adlı iki nominasiyanın İSESKO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilməsi barədə təklif müzakirə olunub.
Əvvəlcə, İSESKO-nun İslam Dünyası İrs Komitəsində ölkəmizi təmsil edən ekspert Rizvan Bayramovun çıxışı dinlənilib.
Daha sonra Mədəniyyət Nazirliyi Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı “Ağdamın inciləri” adlı təqdimatla çıxış edib. Təqdimatda Ağdamın mədəni irsi ilə bağlı 4 dörd dövr – yaradılış (Qarabağ xanlığı dövrü və XIX əsr), mədəniyyət institutlarının inkişafı (1993-cü ilə qədər), işğal və kultursid (1993–2020-ci illər) və mədəniyyətin canlandırılması (2020-dən sonra) diqqətə çatdırılıb. İştirakçılar “İmarət” Kompleksi, Cümə məscidi, Ağdam Dövlət Dram Teatrı, Çörək Muzeyi, Çay evi kimi simvolik abidələrin müxtəlif dövrlərdə olan vəziyyətini əks etdirən fotomateriallarla tanış olublar.
İclasda mədəni irsin bərpa edilməsində Azərbaycan təcrübəsinin bütün dünyada postmünaqişə zonalarında mədəni irsin canlandırılması üçün unikal model olduğu vurğulanıb. Komitənin Şuşada gerçəkləşən 12-ci sessiyası ölkəmiz üçün xüsusilə əlamətdar olub. Müzakirələrdən sonra komitə üzvləri tərəfindən Azərbaycanın “Şuşa Tarix-Memarlıq Qoruğu" və "Ağdam İmarət Kompleksi və Cümə məscidi" adlı iki nominasiyanın İslam Dünyası İrsinin İlkin Siyahısına salınması barədə qərar qəbul edilib.
Bununla da adıçəkilən nominasiyaların növbəti illərdə İslam Dünyasının İrs Siyahısına daxil edilməsi üçün zəmin yaranıb. Qeyd edək ki, Mərakeş Krallığının paytaxtı Rabatda keçirilmiş İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclasında (2019) ölkəmizdən İçərişəhər (Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə), Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) və Qobustan qayaüstü rəsmləri İSESKO-nun İslam Dünyasının İrs Siyahısına salınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat