Tacəddin Hüseynquluzadə: “Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuza və söz sahibliyinə malikdir”

Prezident İlham Əliyevə dəstək olmaq bizim borcumuzdur.
Bu sözləri Herbiand.az-a  “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin Türkiyə üzrə nümayəndəsi Tacəddin Hüseynquluzadə bildirib.
“Türkiyədə yaşayan azərbaycanlılar, müxtəlif universitetlərdə və məktəblərdə çalışan müəllimlərimiz, həkimlərimiz,  iş adamları, tələbələr müxtəlif sahələrdə çalışan həmyerlilərimiz yekdilliklə İlham Əliyevi dəstəkləyəcək. Ümummili lider Heydər Əliyevin “Bir millət, İki dövlət” prisipi ilə  əsasını qoyduğu qardaşlıq əlaqələri hazırda  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan bu əlaqələri yüksələn xəttlə davam etdirməkdədir”.
Həmsöhbətimiz qeyd edib ki, 44 günlük Vətən müharibəsi  zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanının dəmir yumruğunun ətrafında dünyada yaşayan bütün azərbaycanlılar toplaşdı və biz qələbə qazandıq.
“Torpaqlarımız azad olundu.  Biz hər zaman öz suverenliyimizi bərpa etməyə çalışmışıq. Buna nail olduq. Hazırda Azərbaycanın bütün ərazilərində müstəqil Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Məhz dövlət başçısının apardığı ədalətli və müstəqil siyasətin nəticəsində ölkəmiz növbəti dəfə müstəqil olandan ilk dəfə bütöv Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu tarixi andır. Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuza və söz sahibliyinə malikdir.  Ölkəmizi istəyən və istəməyən bütün dövlətlər bunu görür və qəbul edir.  İlham Əliyev Avropada, Asiyada, Rusiyada, Türkiyədə, Türk Cumhüriyyətlərində, Qazaxıstanda, Özbəkistanda, ümumiyyətlə, dünyanın bütün nöqtələrində yaşayan azərbaycanlılara öz diqqət və qayğısını əsirgəmir. Onlar Azərbaycanda tədbirlər keçirir, dövlət rəsmilərimiz həmin ölkələrə səfəri zamanı onlarla görüşür, diqqət və qayğı göstəririlər. Qarabağın yenidən dirçəlməsi, iqtisadiyyatımızın günü-gündən artması, Türkiyə-Azərbaycan münasibətlərinin bu səviyyəyə çatması məhz cənab Prezident İlham Əliyevin apardığı müstəqil siyasətinin nəticəsində baş verdi”.