Tehranda yanacaq anbarlarında güclü yanğın davam edir

İranın paytaxtı Tehran şəhərində yerləşən yanacaq anbarlarında başlayan güclü yanğın hələ də davam etməkdədir.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin "N12" telekanalı məlumat yayıb.

Bildirilir ki, yanğın nəticəsində yaranan qatı qara tüstü bu səhər İran paytaxtının səmasını tamamilə bürüyüb. Strateji yanacaq depolarındakı alovların hələ də söndürülə bilmədiyi və yanğının geniş miqyas aldığı qeyd olunur.