Tərəflər yekun sülh sazişinə yaxınlaşır
Yusif Nəzərli
05:40 14.04.2022
Gündəm
484
Artıq Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyır
Tərəflər arasında birbaşa görüşlər intensiv hal aldıqca müəyyən nəticələr gözləmək mümkündür
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla münasibətlərdə növbəti günlərdə hansı yeniliklərin gözlənildiyinə aydınlıq gətirib. Nazir deyib ki, Azərbaycan tərəfi müsbət addımları alqışlayır və bu istiqamətdə işlər davam etməlidir. XİN başçısı prosesin nəticələrinin olacağını istisna etməyib: “Azərbaycan tərəfi öz xoş niyyətini ortaya qoyub və bunu tək sözdə yox, əməldə də nümayiş etdirir. Qarşı tərəfin də müsbət addımlarını gördüyümüz zaman bu baş verəcək”.
C.Bayramov Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığının peşəkar və konstruktiv məcrada keçdiyini bəyan edib.
Vurğulayıb ki, erməni həmkarı ilə telefon danışığı zamanı Aİ, Azərbaycan və Ermənistan liderlərinin razılaşmasının davamı olaraq praktiki addımlar müzakirə olunub. Nazir xatırladıb ki, qarşıda sülh müqaviləsi üzrə, eyni zamanda, sərhədlərin delimitasiya prosesi və humanitar məsələlərlə bağlı çağırışlar durur: “Həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupların formalaşdırılması barədə danışarkən onun formatı, səviyyəsi və uyğunluğu baxımından prinsiplər gözlənilməlidir. Azərbaycan tərəfi müsbət addımlar atır və qarşı tərəfdən də bunu gözləyir”.
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı rəsmi Bakı ilə aparılan müzakirələrdən bəhs edib. Paşinyan bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Baş nazir vurğulayıb ki, sülh müqaviləsi prosesini təxirə salmaq olmaz:
“Azərbaycanla sülh sazişinin tezliklə bağlanması Ermənistanın gündəmindədir. Aprelin 30-dək Bakı ilə İrəvan arasında Birgə Sərhəd Komissiyasının üzvləri təyin edilməlidir. Təbii ki, bu, bir neçə ayın məsələsi deyil. Amma hər ölkələr sərhədlərin delimitasiya və demarkasiyası prosesinin mümkün qədər tez olmasında maraqlıdırlar”. Paşinyan əlavə edib ki, Ukraynada eskalasiyadan sonra həmsədrlər arasında münasibətlər gərginləşib. Onun sözlərinə görə, İrəvan ATƏT-in Minsk qrupunun fəaliyyətini passiv şəkildə gözləyə bilməz: “Bu formatda dialoq həmsədrlərin proseslərə daxil olmasına mane olmur. Biz bu yanaşmanı müdafiə edəcəyik”. Ermənistanın baş naziri bəyan edib ki, sülh müqaviləsi prosesini təxirə salmaq yox, xarici işlər nazirlərinin bütün tapşırıqları vaxtında yerinə yetirə biləcəklərinə ümid etmək lazımdır: “Bütün beynəlxalq ictimaiyyət prosesi asanlaşdırır və bu şəraitdən istifadə edilməlidir”.
Tərəflərin açıqlamalarını “Şərq”ə dəyərləndirən Türkiyədə yaşayan azərbaycanlı alim, Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib ki, İrəvan yekun sülhü imzalamağın önəmini dərk etməyə başlayıb. Professorun sözlərinə görə, tərəflər arasında 5 baza prinsipinin qəbul edilməsi, XİN başçılarının ilk dəfə birbaşa əlaqə yaratması, müəyyən pozitiv bəyanatlar Azərbaycan-Ermənistan münasibətlərinin yeni müstəviyə keçdiyini göstərir:
“Hesab edirəm ki, rəsmi Bakı ilə yanaşı, İrəvan hökuməti də bir sıra ciddi addımlar atmaqda maraqlıdır. Ən azından bundan sonra birbaşa təmasların daha intensiv hal alacağı şübhəsizdir. Əslində proseslərin intensivləşməsinin Ukrayna-Rusiya müharibəsi ilə bağlılığı da var. Rusiya tərəfi Qərb ölkələrinin Moskva ilə heç bir məsələdə müştərək fəaliyyət göstərməyəcəyini açıqladı. Bu, Minsk qrupunun əhəmiyyətini itirməsi və ortadan çəkilməsi deməkdir. O baxımdan Ermənistan baş nazirinin açıqlamaları önəmlidir. Paşinyan açıq-aşkar etiraf edir ki, Qərb İrəvandan prosesin ərazi bütövlüyü çərçivəsində həllini istəyir. Azərbaycan da öz növbəsində Qarabağda yaşayacaq erməni əsilli vətəndaşlarına hər cür təminatı verəcəyini dəfələrlə bəyan edib. Görünən odur ki, Ermənistan baş naziri ərazi bütövlüyü və sərhədlərin müəyyən olunması məsələsində maraqlıdır. Düzdür, Paşinyana qarşı daxildə müxalifət var. Rusiyanın himayə etdiyi müxalif güclər hökumətin addımlarına mane olmağa çalışırlar. Lakin sülh müzakirələri ilə bağlı proses artıq başlayıb. Tərəflər arasında birbaşa görüşlər intensiv hal aldıqca müəyyən nəticələr gözləmək mümkündür”.
Oxşar xəbərlər
SEPAH: ABŞ-ın Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi endirilib - YENİLƏNİB
12:23 15.11.2026
Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisinə PUA zərbəsi endirilib
10:24 15.11.2026
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı