"Toyları, yasları səliqəyə salmaq lazımdır"
Yusif Sultanoğlu
09:53 28.08.2020
Gündəm
1240
Rasim Balayev: "Quranda da yazılıb ki, Allahın israfçı adamlardan xoşu gəlmir”
“Çağırırlar toya, ara oxuyanlarına pul verirlər. Onlar da qudururlar, bahalı maşınlarda gəzirlər. Özlərini sənətkar kimi görürlər"
Xəbər verdiyimiz kimi Xalq artisti Mehriban Zəki binası olmayan özəl teatrlarla bağlı maraqlı təklif irəli sürüb. O, hazırda paytaxtda fəaliyyət göstərən bir neçə teatrın tamaşalarını nümayiş etdirdiyi zaman çətinliklərlə üzləşdiyinə diqqət çəkərək şadlıq saraylarının bu teatrlara verilməsini təklif edib: “Mədəniyyətin ən parlaq və lazımlı olan növü teatrdır. Bir çox teatrlar məkansız, binasız, yersiz-yurdsuzdur. Büdcədən, xalqın cibindən oğurluq nəticəsində tikilən şadlıq saraylarını teatrlara versin dövlət. Mədəniyyətimizə daha çox xeyir dəyər. YUĞ teatrı, Uşaq teatrı, ƏSA teatrı, "Səda" tədris teatrı və daha neçə teatrın binası olsun”.
Aktrisanın sözlərinə görə, bu ideya daha əvvəl əməkdar artist İntiqam Soltanov tərəfindən irəli sürülüb. Məlumat üçün qeyd edək ki, bir müddət öncə “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu da sözügedən mövzuya toxunmuşdu.
Məsələni “Sherg.az”a dəyərləndirən tanınmış aktyor, xalq artisti Rasim Balayev söyləyib ki, Bakıda yüzə qədər şadlıq evi var:
“Belə çıxır ki, onlar teatrlara verilsə, Bakıda 100 dənə teatr olacaq? İkincisi də onun sahibləri var. Ola bilsin ki, üç, ya da dörd teatrın yeri yoxdur. Amma digər teatrların öz binası var. Ona görə bu mənim üçün mürəkkəb sualdır”.
Günümüzdə keçirilən dəbdəbəli toylara və yas mərasimlərinə də diqqət çəkən aktyor qeyd edib ki, vaxtilə dəb düşdüyü üçün böyük şadlıq sarayları tikilib:
“Bir toyda 800 nəfər adam olar? Pandemiya dövründə uzağı 50 nəfər normaldır. Qohum-əqrəba, beş-altı nəfər də dost kifayətdir. Yoxsa camaatı yığıb tökürlər restoranlara. Sonra da ömür boyu borc qaytarmaq üçün toylara gedirlər. Hələ mərasim evləri tikilib, yemək-içmək... Vallah ehsanımız da, toyumuz da düzgün deyil. Bunlara əl gəzdirmək lazımdır. İmkanlı adamlar belə məclisləri keçirə bilirlər. Amma çox kasıb tanıyıram ki, borca düşüb, ehsan verir, toy edir. Nə olub bu millətə? Bir dəfə Naxçıvanda yasa getdim.
Orda hər şeyi qadağan ediblər. Təkcə çay, limon, bir də halva verirlər. Ehsan keçmişdə olub. Məsələn, araba ilə başqa rayonlardan, kəndlərdən gəliblər. Yollarda restoran olmayıb. Onların yeməyi üçün ehsan veriblər. Qonşu ölkələr İrana, Türkiyəyə nəzər salaq. Orda namaz qılırlar, dəfn edirlər, evə dağılışırlar.
Ehsan vermək istəyən qoyun kəssin, yetim uşaqlara aparsın. İmkanı olmayan adamların təhsil haqqını versin. Yoxsa biznes açıblar. Bunları səliqəyə salmaq lazımdır, hamısı israfçılıqdır. Quranda da yazılıb ki, Allahın israfçı adamlardan xoşu gəlmir”.
Rasim müəllim həmçinin toylarda yüksək qiymətlərə oxuyan müğənnilərdən də danışıb:
“Çağırırlar toya, ara oxuyanlarına pul verirlər. Onlar da qudururlar, bahalı maşınlarda gəzirlər. Özlərini sənətkar kimi görürlər. Axı bunlar sənətkar deyil, toy müğənniləridir. 10-20 minə toya gedirlər. Belə şeyləri qurtarsınlar.
Elə toylar var ki, bəlkə orda on nəfər oxuyan olub, hərəsi 5000 alıb gediblər. Sonra da yekə-yekə sənətdən danışırlar. Ancaq toyxana müğənniləridir, orda sənət yoxdur. Bundan əlavə toyda yeməklərdə də israfçılıq edirlər.
Türkiyədə ofisiant gəlir, menyu ilə nə istədiyini soruşur, onu gətirir. Amma bizdə stolda barmaq qoymağa yer olmur. Şadlıq evləri də bu günün əl dəyməmiş yeməklərini soyuducuda saxlayıb, sabahkı toyda da verir. Yazıq adamların əksəriyyəti borca düşür.
Ona görə hamısı dəyişilməlidir. İndi isə pandemiya dövrüdür. Elə insanlar var ki, xəstədir, istəyir övladının toyunu görsün. Onlar da az qonaqla, qanunu gözləmək şərti ilə, sosial məsafəyə riayət edərək toy keçirə bilərlər“.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ABŞ-yə vaxt qoydu - Ya razılaşma, ya da müharibə
21:00 17.08.2026
Region
İllərlə muzeydə sərgilənən hərbi texnika Ukraynaya göndərildi
20:49 17.08.2026
Dünya
Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
20:37 17.08.2026
Sosial
"Bild": NATO Rusiyaya qarşı müharibə ssenarisi hazırlayıb
20:27 17.08.2026
Gündəm
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya