ABŞ Prezidenti: “Kürdələrin İrana daxil olmasını istəmirəm”
ABŞ Prezidenti Donald Tramp İrandakı müharibəni daha da mürəkkəbləşdirməmək üçün kürdərin döyüşə daxil olmamasını istədiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, Tramp, Floridaya gedərkən jurnalistlərin suallarını cavablandırıb və bildirib:
“Kürdələrlə dostuq, lakin müharibəni artıq olduğundan daha mürəkkəb etmək istəmirik. Kürdələrin oraya girməsini istəmirəm.”
Prezident həmçinin "İrana qarşı əməliyyatlar bitdikdən sonra İran xəritəsinin eyni qalacağını düşünürsünüz?" sualına cavab olaraq “Bunu deyə bilmərəm, amma ehtimal ki, yox” ifadəsini işlədib.
Tramp, İranın hər gün zərər verdiyini və böyük itkilər yaşadığını, bəlkə də təslim olacağını əlavə edib. O, İranın Orta Şərq ölkələrinə hücumlarına görə üzr istədiyini və bunu dost ölkələr üçün “qələbə” hesab edə biləcəyini qeyd edib.