Tramp İrana qarşı əməliyyatın dəqiq başa çatma vaxtını açıqlaya bilməyib

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın nə vaxt başa çatacağını dəqiq deyə bilməyib, lakin Vaşinqtonun qrafikdən irəlidə olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp "ABC News" telekanalına müsahibəsində danışıb.

O qeyd edib ki, heç vaxt proqnoz vermədiyini və yalnız əməliyyatın planlaşdırılandan irəlidə getdiyini söyləyə bilər.

Əvvəlki açıqlamalarında Tramp əməliyyatın təxminən dörd-beş həftə davam edəcəyini bildirmişdi.