ABŞ prezidenti Donald Trampın xüsusi təyinatlı qüvvələrə Qrenlandiyanı ələ keçirmək üçün “işğal planı” hazırlamaq tapşırığı verdiyi iddia olunur.
Sherg.az xəbər verir ki, məlumata görə, bu göstəriş ordunun yüksək rəhbərliyində ciddi narazılıqla qarşılanıb və bəzi generallar Trampı bu fikirdən daşındırmaq üçün “Qrenlandiya əvəzinə İranın vurulması” kimi alternativlər irəli sürürlər.
Diplomatik mənbələr bildirir ki, Qrenlandiyanın işğalı NATO-nun dağılması ilə nəticələnə bilər. Danimarka və Böyük Britaniya isə Trampın mümkün ilhaq planlarına qarşı sərt mövqe nümayiş etdirib.