Ukraynanı tərk etməyə çağırdı: Moskva ittihamları rədd etdi
Yusif Nəzərli
06:30 12.02.2022
Gündəm
576
Yeni Zelandiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb:
“Yeni Zelandiya hökuməti Rusiya ilə Ukrayna arasında artan gərginlik səbəbindən, Ukraynadakı yeni zelandiyalılara tövsiyə edir ki, nə qədər ki, onları evlərinə apara biləcək kommersiya uçuşları var dərhal ölkəni tərk etsinlər”.
Qeyd olunur ki, Yeni Zelandiya hökumətinin Ukraynada ölkə vətəndaşlarına yardım göstərmək imkanları orada Yeni Zelandiyanın diplomatik nümayəndəliyinin olmaması səbəbindən çox məhduddur.
Bundan başqa, Avstraliyanın Baş naziri Skott Morrison ölkə vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb.
“Biz onların qərarlarına hörmətlə yanaşırıq, lakin onlara tövsiyəmiz çox aydındır: bu, çox təhlükəli vəziyyətdir və öz təhlükəsizliyiniz üçün siz Ukraynanı tərk etməyə çalışmalısınız”, - deyə Morrison jurnalistlərə açıqlamasında deyib.
Oxşar müraciətlə Kanadanın xarici işlər naziri Melani Coli çıxış edib:
“Nə qədər ki, biz tərəfdaşlarımızla yaxından birgə fəaliyyət göstəririk və vəziyyəti izləməyə davam edirik, mən Ukraynadakı bütün kanadalıları lazımi addımları atmağa və ölkəni dərhal tərk etməyə çağırıram”.
O xatırladıb ki, fevralın 1-dən Kanada hökuməti “Rusiyanın davamlı təhdidləri və silahlı münaqişə riskləri” səbəbindən həmvətənlərini Ukraynaya səfərlərdən çəkinməyə çağırır.
Eyni zamanda, Finlandiya, Latviya, Niderland, Böyük Britaniya və Yaponiyanın Xarici İşlər Nazirlikləri Ukraynadakı həmvətənlərini yaranan gərgin vəziyyətlə əlaqədar təcili olaraq ölkəni tərk etməyə çağırıblar.
Coli əlavə edib ki, kanadalı diplomatlar öz yerlərində qalırlar və həmvətənlərə konsulluq yardımı göstərməyə hazırdırlar. “Lakin bizim bu sahədə imkanlarımız ciddi şəkildə məhdudlaşdırıla bilər”, - deyə o əlavə edib.
Kiyev və Qərb dövlətləri bu yaxınlarda Rusiyanın Ukrayna sərhədləri yaxınlığında “aqressiv fəaliyyətinin” artması ilə bağlı narahatlıqlarını bildiriblər. Moskva dəfələrlə bu cür ittihamları rədd edərək, heç kimi təhdid etmədiyini və heç yerə hücum etmək niyyətində olmadığını qeyd edib.
Mənbə: RİA Novosti
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region