ÜST-nin baş direktoru zəlzələ bölgəsinə getdi - "Ürək ağrıdır" - FOTO

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Türkiyəyə zəlzələ bölgəsinə gedib.
Bakupost.az xəbər verir ki, Qebreyesus əvvəlcə Qaziantepə çatıb.
O, açıqlamasında səhiyyə işçiləri ilə görüşəcəyini, zəlzələ qurbanlarını da ziyarət edəcəyini bildirib.
Zəlzələ bölgəsini araşdırarkən çəkdiyi kadrları paylaşan Qebreyesus, sosial media hesabından verdiyi açıqlamada, "Bu dərəcədə dağıntı görmək ürək ağrıdır" deyib.
ÜST rəsmisi həmçinin bu sahədə çalışan bütün rəsmilərə göstərdikləri səylərə görə təşəkkür edib.
ÜST-nin Avropa Regional Bürosunun fövqəladə hallar üzrə direktoru Gerald Rockenschaub isə bildirib ki, zəlzələ bölgəsində 22 ölkədən 29 beynəlxalq komanda yerləşdirilib.
Zəlzələnin ilk anından etibarən Səhiyyə Nazirliyi ilə koordinasiyalı olaraq çalışdıqlarını bildirən Rockenschaub, yoluxucu olmayan xəstəliklərdən zərər çəkən və yaralananların tibbi ehtiyaclarını qarşılamaq üçün araşdırmalar apardıqlarını vurğulayıb.