“Vahid ədliyyə portalı”nın təqdimatı keçirilib
14:56 14.12.2023
Gündəm
351
Ədliyyə sahəsində xidmətlərə və informasiyaya əlçatanlığı asanlaşdıran“Vahid ədliyyə portalı”nın təqdimatı keçirilib.
"Report" xəbər verir ki, təqdimat ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin hibrid formada kollegiya iclasında baş tutub.
Bildirilib ki, portal vasitəsilə vətəndaşlar fərdi kabinetə sahib olmaqla vahid mənbədə elektron ədliyyə xidmətlərindən bəhrələnə, ona aid məlumat və rəsmi sənədlərlə tanış ola biləcəklər. Portal həm də ictimaiyyət üçün açıq olan nazirliyin rəsmi internet saytını özündə ehtiva edir və ədliyyə sahəsində kommunikasiyanın səmərəli və operativ həyata keçirilməsi imkanı yaradır.
Bununla yanaşı, dövlət başçısının tapşırığına əsasən nazirlik tərəfindən Dünya Bankının iştirakı ilə “Elektron məhkəmə” sisteminin yaradılaraq bütün ölkə üzrə tam tətbiqinə toxunulub, onun mühüm tərkib hissəsi olan məhkəmələrin vahid internet portalının yeni versiyası nümayiş etdirilib.
“Vahid məhkəmə portalı”nın məhkəmə sistemi ilə bağlı məlumatlarla tanış olmaq, iddia ərizəsi, şikayət və pretenziyalar vermək, dövlət rüsumlarını ödəmək və digər funksional imkanları xeyli təkmilləşdirilib. İstifadəçilərə keyfiyyətli hüquqi yardımla bağlı vəkil və mediasiya təşkilatlarını seçmək, onlara müraciət etmək, məhkəmə iclasında videokonfrans formatında iştirak etmək və digər yeni əlavə imkanlar yaradılıb, “Mobil məhkəmə” tətbiqinin interaktivliyi artırılıb.
Ədliyyə Nazirliyində cinayətkarlıqla mübarizədə mühüm rol oynayan məhkəmə ekspertizası fəaliyyəti ilə bağlı hazırlanmış yeni elektron xidmətin təqdimatı keçirilib. Onun bu sahədə şəffaflığın və operativliyin artırılmasında, istifadəçilər tərəfindən ekspertiza ilə bağlı məlumatların elektron və çevik qaydada əldə olunmasında önəmli rolu bildirilib. Həmçinin məhkəmə ekspertizası sahəsində yeni qanunvericiliyin tətbiqi ilə bağlı yaradılmış elektron reyestlər nümayiş etdirilib.
Kollegiyada təqdim olunan innovasiyaların tətbiqi ilə bağlı tapşırıqlar verilib, o cümlədən onların mühüm əhəmiyyəti nəzərə alınaraq ictimai təqdimatların keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Bununla yanaşı, işin müasir çağırışlara uyğun təşkili, idarəçilik mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə ədliyyə fəaliyyətini tənzimləyən müvafiq sənəd layihələrinə baxılıb. Həmçinin bəzi normativ aktlar təsdiq edilərək onların hüquqi aktların dövlət reyestrinə daxil edilməsi barədə qərar qəbul olunub, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.
Oxşar xəbərlər
Paşinyan cəmiyyətini sülhdən başqa yolun olmadığına inandırmağa çalışır - Politoloq
19:43 16.09.2026
Hikmət Hacıyev: Qarabağda Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri görünür
19:33 16.09.2026
Xəbər lenti
Hamısına bax
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya