Vaxt yetişib:“İskəndər-M” məsələsini qaldırmalıyıq”
Banuçiçək Kalbalıyeva
13:26 08.07.2021
Gündəm
887
“Raketin Ermənistana satılmasından və ya Gümrüdəki bazadan atılmasından asılı olmayaraq Moskva məsuliyyət daşıyır”
“Deməli, Kreml bizə konkret açıqlama verməlidir”
“Xəritəni verməsələr, Kremli beynəlxalq məhkəmələrə verə bilərik. Bunu istəmirsə, tələbimizi yerinə yetirməlidir”
Qarabağla bağlı “düyün”lər tədricən çözülür. Lakin “İskəndər- M” müəmmasına hələ də aydınlıq gəlməyib. Baş prokurorumuz Kamran Əliyevin Moskvaya səfəri bu məsələnin gündəmə gələcəyi barədə müəyyən ümidlər yaradır. İstənilən halda hər kəs bilir ki, Azərbaycanın əlində ciddi “kozır” var. Deməli, biz gec-tez, mütləq ondan istifadə edəcəyik. Sonrasını isə düşmən düşünsün...
“Sherg.az” olaraq siyasi analitik Samir Hümbətovla “İskəndər- M” raketi və digər proseslərlə bağlı həmsöhbət olduq.
- Görüşdə Şuşada qalıqları tapılan raket məsələnin müzakirə ediləcəyi haqqında nə düşünürsünüz?
- Müharibədən sonra regiondakı siyasi vəziyyət dəyişdi. Xüsusilə Şuşa Bəyannaməsindən sonra Azərbaycan ciddi dividend qazandı, Rusiya qarşısında “əlimiz gücləndi”. Moskvanın bizim KTMT-yə üzv olmağımızla bağlı təklifi, həmçinin sözügedən təşkilatın proseslərə neytral yanaşması onu deməyə əsas verir ki, şimal qonşumuz bizi özünə yaxınlaşdırmaq istəyir. Və bunun üçün şahmat dili ilə desək, kombinasiyalar hazırlayır. Məncə, artıq vaxt yetişib: “İskəndər” məsələsini qaldırmalıyıq. Raketin Ermənistana satılmasından və ya Gümrüdəki bazadan atılmasından asılı olmayaraq Moskva məsuliyyət daşıyır. Şübhəsiz ki, şimal qonşumuzdakı bəzi dairələr baş verənlərdə maraqlı olub. Deməli, Kreml bizə konkret açıqlama verməlidir.
- Bu “Kozır”dan necə yararlana bilərik?
- Məsələn, KTMT-yə üzv olmamaq üçün bəhanə kimi göstərmək mümkündür. Həmçinin beynəlxalq məhkəməyə çıxarıb təzminat tələb edə bilərik. Yəni hüquqi müstəvinin imkanlarından istifadə edərək məsələni siyasi sferaya gətirmək imkanımız var. Əsas odur ki, baş prokurorumuz fürsətdən uğurla yararlansın.
- Bəs minalı ərazilərin xəritəsinin verilməsində?
- Əlbəttə, həmin sənədlər Rusiyada var. Biz yenə də Moskvaya təzyiq imkanına malikik. Əgər xəritəni verməsələr, Kremli beynəlxalq məhkəmələrə verə bilərik. Bunu istəmirsə, tələbimizi yerinə yetirməlidir.
- Kamran Əliyevin və Ermənistanda baş nazir vəzifəsini icra Nikol Paşinyanın eyni vaxtda Moskvada olması bir-birilə nə qədər əlaqəlidir?
- Fikrimcə, vəzifələrinin fərqli olmasına rəğmən, tərəflər arasında gizli, ictimaiyyətə açıqlanmayan görüş keçirilə bilər. Onların bir çox məsələləri, o cümlədən Bakıda saxlanılan terrorçuları, minalı ərazilərin xəritəsini və digər məqamları müzakirə edəcəkləri gözlənilir.
- Bütün bunlarda Kremlin marağı nədir?
Əlbəttə, ancaq öz ambisiyalarını düşünür. Niyyəti bu və ya digər formada regiondakı mövqeyini qorumaqdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm