Xankəndidə seçki məntəqəsi hansı binada yerləşəcək?

Prezident seçkilərində Xankəndidə seçicilərin hansı binada yerləşəcək seçki məntəqəsində səs verəcəkləri məlum olub.

APA-nın xəbərinə görə, seçki məntəqəsi keçmiş vilayət Partiya Komitəsinin inzibati binasında yerləşəcək.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib ki, Xankəndidə məhz həmin o binada seçicilər səs verəcək.