Xarici media nümayəndələri üçün COP29-la bağlı brifinq keçirilib
16:35 07.10.2024
Gündəm
402
Oktyabrın 7-də COP29-un baş ofisində Nigeriya, Keniya və Cənubi Afrika Respublikasından gələn xarici media nümayəndələri üçün brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində xarici jurnalistlər üçün mediatur da təşkil olunub.
COP prosesinin təqviminə daxil edilən başlıca tədbirlər, fərqli istiqamətlərdə aparılan intensiv hazırlıq prosesi, konfransın keçiriləcəyi Bakı Olimpiya Stadionunda COP29-la bağlı müxtəlif məqsədlər üzrə ərazi bölgüsü və müvafiq infrastrukturun qurulması istiqamətində aparılan işlər barədə ətraflı məlumat verilib.
İştirakçılar, eyni zamanda, COP29 zamanı bütün rəsmi tədbirlərin keçiriləcəyi məkan olan Mavi Zonanın, eləcə də müxtəlif tərəfləri innovativ iqlim yanaşmaları üçün bir araya gətirəcək Yaşıl Zonanın qurulması üzrə görülən işlər barədə məlumatlandırılıb, prosesin plana uyğun şəkildə davam etdiyi bildirilib.
Həmçinin qlobal əhəmiyyətli konfransda iştirak üçün Bakıya gələcək minlərlə beynəlxalq nümayəndənin məmnunluğunun təmin olunması məqsədilə nəqliyyat, qonaqlama və qidalanma istiqamətində görülmüş işlər, nəzərdə tutulan əlavə tədbirlər brifinq iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd olunub ki, intensiv şəkildə davam edən əməliyyatların bütün fazalarında COP29 Əməliyyat Şirkətinin əsas hədəflərindən biri ekoloji təsirləri və karbon ayaq izinin yolverilən minimumda saxlanılmasıdır.
Tədbir jurnalistləri maraqlandıran məsələlər ətrafında müzakirələr və sual-cavab sessiyası ilə davam edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat