Xocavənd rayonu Xanoba kəndinə qayıdan ailələrə mənzillərin açarları təqdim olunub.
"Report"un Xocavəndə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bu mərhələdə Xocavənd rayonunun Xanoba kəndinə 25 ailə (114 nəfər) qayıdışı baş tutub.
Doğma ocağına qayıdan sakinlərə mənzillərin açarları təqdim olunub.
Sakinlərə ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyi qaydaları haqqında məlumatlar verilib.
Xanoba kəndinə qayıdan ailələr hər tərəfli dövlət qayğısı ilə təmin olunublar.